Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər
14 yaşlı gənc şahmatçı Cavid Vəkilov 12 mart 2025-ci il tarixində Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “Arena Candidate Master” (ACM) tituluna layiq görülüb. Bununla da o, beynəlxalq şahmat sistemində rəsmi qeydiyyatdan keçmiş və titul qazanmış idmançılar sırasına qoşulub.  


Cavid Vəkilov şahmata kiçik yaşlarından maraq göstərib və ilk uğurlarını erkən dövrdə qazanmağa başlayıb. Belə ki, o, 5 mart 2023-cü ildə şahmat üzrə IV dərəcəni əldə edib, cəmi bir ay sonra 30 aprel 2023-cü ildə isə III dərəcəyə yüksəlib.  


Qeyd edək ki, Bu titullar federasiyanın rəsmi onlayn platforması olan "FIDE Online Arena"da göstərilən nəticələrə əsasən verilir.


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X

Qalereya